Ana Sayfa > İdman > Azərbaycan cüdoçusu “Böyük dəbilqə” turnirinin gümüş medalını qazanıb

Azərbaycan cüdoçusu “Böyük dəbilqə” turnirinin gümüş medalını qazanıb


7-02-2022, 09:20. Yazar: admen
Azərbaycan cüdoçusu “Böyük dəbilqə” turnirinin gümüş medalını qazanıb

Parisdə keçirilən “Böyük dəbilqə” turnirində cüdoçumuz Məmmədəli Mehdiyev (90 kq) gümüş medal qazanıb.

Təmsilçimiz həlledici mərhələdə Murad Sanşiroya məğlub olaraq ikinci yerlə kifayətlənib.

Qeyd edək ki, komandamızın üzvü Uşangi Kokauri (+100 kq) də turnirin finalında mübarizə aparır.

Azərbaycan bu gün başa çatacaq yarışda 6 cüdoçu ilə təmsil olunur.

Turnirdə 52 ölkədən 285 idmançı iştirak edir.

AİA.Az
Geri dön