Ana Sayfa > Cəmiyyət > Sel Şamaxını bu hala saldı

Sel Şamaxını bu hala saldı


10-05-2016, 10:36. Yazar: admin



Kanal S (Region TV) xəbər verir ki, Şamaxıya yağan leysan yağışları və dolu Ərciman və Çağan kəndlərində bir sıra fəsadlar törədib.

Ərciman kəndinin ərazisindən keçən Pirsaat çayında suyun səviyyəsi xeyli artıb. Nəticədə təsərrüfata ciddi ziyan dəyib. Sakinlərin əkin sahəsini sel yuyub aparıb, iri buynuzlu mal-qara tələf olub.

Kəndlərə gediş-gəlişdə də çətinliklər yaranıb. Xüsusilə də Ərciman kəndinə gedən yeganə yolun çaydan keçməsi nəticəsində kəndlə rayon mərkəzinin əlaqəsi kəsilib.

655-ə yaxın sakini olan kənddə hər il yağıntılar dövründə eyni hal yaşanır. Məsələnin yeganə çıxış yolu isə çayın üzərində körpünün tikilməsidir.


Geri dön