Ana Sayfa > Qərbi Azərbaycan > "Lazımsız antibiotik qəbulu COVID-19-un daha gec sağalmasına zəmin yaradır" -

"Lazımsız antibiotik qəbulu COVID-19-un daha gec sağalmasına zəmin yaradır" -


4-02-2022, 17:58. Yazar: sevinc1
"Lazımsız antibiotik qəbulu COVID-19-un daha gec sağalmasına zəmin yaradır" -

"Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə yoluxmuş xəstələrdə antibiotik istifadəsinə yalnız bir sıra hallarda ehtiyac yaranır".

aia.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, antibioterapiyanın tətbiqinə xəstəliyin ikinci həftəsində - immun faza şiddətləndikdə, həmçinin 7-10 gündən çox davam edən hərarət müşahidə edildikdə yalnız bir halda başlanıla bilər: "Əgər laborator analizlərdə orqanizmdə bakterial infeksiyaların yarandığı təsdiq edilərsə, həkimlər xəstəyə antibiotik təyin edirlər. Xəstələrin hərarəti olduğuna görə ehtiyat üçün, guya profilaktika məqsədilə antibiotik qəbul etməsi tamamilə yanlışdır".

R.Mahmudov qeyd edib ki, lazımsız antibiotik qəbulu virusla mübarizədə bədənin istifadə etdiyi mexanizmlərə zərər verərək, xəstəliyin daha gec sağalmasına zəmin yaradır.

Cərrah deyib ki, COVID-19 virus olduğuna görə antibioterapiyanın onun müalicəsində əhəmiyyəti yoxdur: "Bu, müzakirə mövzusu deyil, birmənalı olaraq təsdiqini tapıb. Bundan başqa, təhlükəli dərmanlar sayılan deksametazon və prednizolon kimi hormonal dərmanların erkən dönəmlərdə faydası görülsə də, həmin preparatlar ağırlaşmalar nəticəsində xəstəxanalara düşən koronavirus xəstələrinin sağalmasında müəyyən problemlər yaradır. Həmin dərmanlardan özbaşına istifadə etmək yolverilməzdir”.

aia.az
Geri dön