Ana Sayfa > Karusel / Siyasət > Cahit Bağçı "Şuşa Bəyannaməsi"nin təsdiqlənməsinə münasibət bildirdi
Cahit Bağçı "Şuşa Bəyannaməsi"nin təsdiqlənməsinə münasibət bildirdi4-02-2022, 14:18. Yazar: sevinc1 |
![]() Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Milli Məclisdə və Türkiyə Böyük Millət Məclisində Azərbaycanla Türkiyə arasında müttəfiqlik əlaqələrini nəzərdə tutan “Şuşa Bəyannaməsi”nin təsdiqlənməsinə münasibət bildirib. aia.az xəbər verir ki, o bu barədə tviter hesabında yazıb. “Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı”, - o bildirib. Qeyd edək ki, dünən Türkiyə Böyük Millət Məclisi (TBMM) “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsini təsdiqləyib. Bəyannamənin təsdiqi ilə bağlı qanun layihəsinin lehinə 266 deputat səs verib. aia.az Geri dön |