Ana Sayfa > Manşet / Ölkə > Bakıda meyiti quyuya atılmış 4 yaşlı qızın ölüm səbəbi bilindi
Bakıda meyiti quyuya atılmış 4 yaşlı qızın ölüm səbəbi bilindi3-02-2022, 12:37. Yazar: sevinc1 |
![]() Bakıda meyiti quyuya atılmış 4 yaşlı qızın ölüm səbəbi məlum olub. aia.az report-a istinadən xəbər verir ki, 2018-ci il təvəllüdlü Məryəmin meyiti ekshumasiya edilib. Məlum olub ki, M.Allahyarovanın ölüm səbəbi onun qonşuluqda yaşayan, 1990-cı il təvəllüdlü Mehman Mansurov tərəfindən müxtəlif vaxtlarda döyülməsi olub. Uşağın öldüyünü görən M.Mansurov onu quyuya ataraq üzərinə torpaq töküb. Qeyd edək ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. aia.az Geri dön |