Ana Sayfa > Media > Gənclər siyasəti sahəsində atılan addımlar və qəbul olunan qərarlar Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür
Gənclər siyasəti sahəsində atılan addımlar və qəbul olunan qərarlar Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür3-02-2022, 11:17. Yazar: admen |
Azərbaycan Gəncləri gününün təsis edilməsindən 25 il ötür. Bu gün biz çox xoşbəxtik ki, Ulu Öndər siyasi xəttini uğurla davam etdirən cənab Prezident İlham Əliyev Azərbaycan gəncliyinə parlaq gələcək bəxş edib. Hər bir xalqın tarixində onun borclu olduğu şəxsiyyətlər vardır. Azərbaycan xalqı isə bu günü və sabahı üçün ulu öndərimiz Heydər Əliyevə borcludur. Ümummilli liderimiz həmişə xalqına arxalanaraq onun gəncliyinə böyük ümidlər bəsləyirdi. Dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. O vaxtdan dövlət gənclər siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi istiqamətində əməli işlər görülmüşdür. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Ümummilli lider Heydər Əliyev I Forumdan sonra 1997-ci ildə imzaladığı Sərəncamla tədbirin keçirildiyi günü - fevralın 2-ni Azərbaycan Gəncləri günü elan etmişdir. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələyə qədəm qoymuşdur. Cənab Prezident çıxışlarından birində demişdir- Azərbaycan tarixində bu qədər güclü olmamışdır. Bəli bu gücün mənbəyi Heydər Əliyev yoludur. Bu gücün mənbəyi xalqla iqtidarın birliyidir. Bu gücün mənbəyi Azərbaycan xalqının, Azərbaycan gəncinin cənab Prezidentə olan ehtiramıdır, məhəbbətidir. Bu gün digər ölkələrə örnək olan Azərbaycan gənclər siyasətində də dünyanın öncüllərindən sayılır. Gənclər ölkəmizin ictimai-siyasi həyatında fəal aparıcı qüvvə kimi çıxış edir. Gənclərə hər zaman diqqət göstərilməsi, həyata keçirilən kadr islahatlarında gənclərə böyük yer verilməsi buna misaldır. Bu gün Gənclər Gününü qeyd edən Azərbaycan gəncliyinin düşməni diz çökdürməkdə, tarixi ədaləti bərpa etməkdə böyük rolu oldu. Bu işdə gənclərin xüsusi əməyi oldu. Azərbaycan gəncləri xalqın 30 ilə yaxın həsrətində olduğu ən böyük arzusunu reallaşdırdı. Gənclər ön və arxa cəbhədə fədakarlıqlar göstrərək tarixi və əzəli torpaqlarımızın azad olunmasında öz sözünü dedilər. Vətənpərvərlik ruhunda böyüyüb yetişdirilmiş mətin gənclərimiz bir addım belə geri çəkilməyərək 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərdilər. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun əsgərlərinin, zabitlərinin, bir sözlə, bütün şəxsi heyətinin qəhrəmanlığı, şücaəti nəticəsində 44 günlük Vətən müharibəsi bütün dünyaya xalqımızın, dövlətimizin qüdrətini bir daha nümayiş etdirdi. Ordunun böyük bir qismini təşkil edən gənclərimiz Ali Baş Komandanın rəhbərliyi altında sözün həqiqi mənasında möhtəşəm bir tarix yazdı! Bir daha ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onlar bizim qürur mənbəyimizdir. Bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Cənab Prezident əmin ola bilər ki, bu gün ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində rəhbər tutan, inamla gələcəyə addımlayan, vətənini sevən, dəyərləri olan gənclik daha böyük nailiyyətlər əldə etmək və qüdrətli Azərbaycanı gələcəyə aparmaq iqtidarındadır. Nilufər Rüstəmli, Salyan rayon gənci, Bakı Dövlət Universitetinin tələbəsi Geri dön |