Ana Sayfa > Seçki 2024 > Müasir dövrün gəncliyi sabaha olan inamdır

Müasir dövrün gəncliyi sabaha olan inamdır


3-02-2022, 11:15. Yazar: admen
Müasir dövrün gəncliyi sabaha olan inamdır

Gənclik yeni nəfəs, yeni ruhdur. Yeni düşüncə, yeni baxışdır. Heç kəsə sirr deyil ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Müasir dövrün gəncliyi sabaha olan inamdır.

Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Hər bir xalqın tarixində borclu olduğu şəxsiyyətlər vardır. Azərbaycan xalqı da bu günü və gələcəyi üçün ulu öndər Heydər Əliyevə borcludur. Ölkəmizdə gənclər siyasətinin əsasını ulu öndər Heydər Əliyev qoymuşdur. Ümummilli liderimiz həmişə xalqına arxalanır, onun gələcəyinə ümid bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu öndər gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin tərkib hissələrindən biri hesab edirdi. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədilə 1994-cü ildə yaradılmış “Gənclər və İdman nazirliyi“ qısa bir vaxtda gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirərək uğurla həyata keçirməyə başlayıb. Bundan əlavə ümummilli lider gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq bir addım atıb- bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və digər problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən fərman və sərəncmları bu qəbildəndir.

Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik ruhu, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkanlar bu sahəyə böyük diqqətin nəticəsidir.

Dövlət başçımızın davamlı inkişaf konsepsiyasının uğurla həyata keçirilməsində Heydər Əliyev Fondunun da xidmətləri böyükdür. Fond təhsilin inkişafı, bu sahədə həllini gözləyən bir sır problemlərin aradan qaldırılması istiqamətindəki fəaliyyəti Azərbaycanda elm və təhsilə ictimai təsisat səviyyəsində yüksək qayğının nümunəsidir. Bu gün Azərbaycan gəncləri dünyanın ən nüfuzlu universitetlərində təhsil alır, bir sıra xarici ölkələrdə aparıcı vəzifələri icra edir, beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edərək bayrağımızı qürurla dalğalandırırlar. Prezidentimizin gənc nəslə inamı, qayğısı, bu gün dovlət orqanlarında aparıcı vəzifələrə gənclərin təyinatı onlara göstərilən böyük etimadın təcəssümüdür.

Cənab Prezident hər zaman vurğulamışdır ki, gənclər milli ruhda tərbiyə olunmalıdır. Bu gün böyük qürur hissi ilə qeyd edə bilərik ki, 44 günlük Vətən müharibəsinin qəhrəmanları son 18 ildə yetişən gənclikdir. Prezidentimizin hücum əmrinə böyük ruh yüksəkliyi ilə cavab verən Azərbaycan gəncləri silaha sarılaraq torpqlarımızın azadlığı uğrunda döyüşlərə qatıldılar və müharibəni qalibiyyətlə başa vurdular. Bu 44 gündə gənclərimiz sadəcə döyüş meydanında deyil, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda arxa cəbhədə də öz fəaliyyətlərini uğurla həyata keçirdilər.

Bu gün Azərbaycan gəncliyi ölkəmizin sabahını yalnız prezident İlham Əliyevə bağlayır, öz həyat və yaradıcılığının xalqına, Vətəninə və dövlətinə həsr etməyə hazırdır.

Hafizə Xudiyeva,
Salyan rayon Qardili kənd tam orta məktəbin müəllimi
Geri dön