Ana Sayfa > Karusel / Media > DSX İranla sərhəddə ƏMƏLİYYAT KEÇİRDİ:

DSX İranla sərhəddə ƏMƏLİYYAT KEÇİRDİ:


2-02-2022, 14:28. Yazar: sevinc1
DSX İranla sərhəddə ƏMƏLİYYAT KEÇİRDİ:

İrandan Azərbaycana 9 kq narkotikin keçirilməsinin qarşısı alınıb.

Bu barədə aia.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, fevral ayının 2-də saat 01:50 radələrində Biləsuvar rayonunun Biləsuvar şəhəri yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin şübhəli davranışı və ətrafı müşahidə etməsi sərhəd nar­yadının diqqətini cəlb edib.

Şübhəli şəxs ərazidən bağlama götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd edib, sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən qaçmağa çalışarkən saxlanılıb.

Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Əsgərov Ümid Nadir olması müəyyənləşdirilmiş şəxsin əlindəki bağlamaya baxış zamanı içərisində təxmini çəkisi 8 kiloqram 800 qram (7 900 qram marixuana, 900 qram kakos) narkotik vasitəsinə bənzər maddələr aşkar olunaraq götü­rülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

aia.az
Geri dön