Ana Sayfa > Seçki 2024 > Dastana dönən gənclik

Dastana dönən gənclik


2-02-2022, 12:20. Yazar: sevinc1
Dastana dönən gənclik

“Gənclik zamanı günlər qısa, illər uzun, qocalıq zamanı isə günlər uzun, illər qısa”.
İmmanuil Kant


Azərbaycanda Gənclər Günü artıq 25 ildir ki, qeyd olunur. “Gənclər Günü” Azərbaycanda 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmişdir. Heydər Əliyev Azərbaycanın gələcəyi olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyatı əhəmiyyətli məsələ kimi baxmışdır.

Gənclər ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni və hərbi həyatında göstərdikləri güclü aktiv fəaliyyətləri ilə zəngin baza yarada biliblər. Bu gün Azərbaycan gəncliyi cəmiyyətdə tutduğu fəal mövqeyi və çevikliyi ilə seçilir. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin banisi isə əlbəttə xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir.

Ulu Öndər Heydər Əliyev nitqlərinin birində Azərbaycan gəncləri barəsində belə demişdir׃ “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik”.

Bəli,belə də oldu. Azərbaycan gəncləri ölkəmizin dəyərli vətəndaşları olduqlarını öz əməlləri ilə sübut etdilər. Müstəqillik və dövlətçiliyimizin möhkəmləndirilməsi, etibarlı gələcəyimizin təmin edilməsi yolunda gənclərimiz öz sözlərini layiqincə deyə bildilər. Azərbaycanda həyata keçirilən mütərəqqi gənclər siyasəti gənc nəslin inkişafı, bilik və bacarıqlarını realizə etmələri üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırdı.

44 günlük Vətən müharibəsində 30 ilə yaxın mənfur və qaniçən düşmən tapdağında olan əzəli ata-baba torpaqlarımızın azad olunması uğrundakı döyüşlərdə Müzəffər Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının rəhbərliyi və komandanlığı altında əldə olunan tarixi qələbəmiz bir daha sübut etdi ki, mübariz Azərbaycan gəncliyi Vətənimizi qorumağa və bu yolda can qoymağa daim hazırdır. Prezidentimizin qeyd etdiyi kimi, rəşadətli və şanlı Azərbaycan Ordusunun Tarixi Zəfəri gənclərimizin bitib-tükənməz vətənpərvərliyini, müasir dövrdə vətənimizə, dövlətimizə və xalqımıza layiq olan gözəl, dəyərli bir nəslin formalaşdığını bütün dünyaya nümayiş etdirdi. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşdular. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclər oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Hazırda ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncamından sonra gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlmişdir. Sosial həyatın bütün sferalarına nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Təbii ki, bu, Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. İlham Əliyev gənclərə olan münasibətini belə ifadə edib: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.

Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi istiqamətində göstərdiyi ardıcıl səylər, ölkə iqtisadiyyatının sürətlə inkişaf etdirilməsi, əhalinin sosial problemlərinin həlli Azərbaycanın dünya birliyində öz layiqli yerini tutmasına etibarlı zəmin yaratmışdır. XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə görüləcək bu əzəmətli işlərin əsas ağırlığı və məsuliyyəti isə bugünkü gənclərin üzərinə düşür. Azərbaycanda həyata keçirilən mütərəqqi gənclər siyasəti gənc nəslin inkişafı və bilik və bacarıqlarını realizə etmələri üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb.

Bəli, bu gün ölkəsini sevən, Vətəninə sonsuz sevgi ilə bağlı olan hər bir Azərbaycan gənci Ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində rəhbər tutmağa, Azərbaycan gəncliyinin lideri olan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması uğrunda mübarizə aparmağa hər an hazır olmalıdır.

Zaur Vəliyev
UNEC-in nəzdində Sosial İqtisadi Kollecin Sosial və Humanitar məsələlər üzrə direktor müavini
aia.az

Geri dön