Ana Sayfa > Gündəm > Bakıda quyudan tapılan 4 yaşlı qız öldürülübmüş, şübhəli saxlanıldı -

Bakıda quyudan tapılan 4 yaşlı qız öldürülübmüş, şübhəli saxlanıldı -


1-02-2022, 18:08. Yazar: sevinc1
Bakıda quyudan tapılan 4 yaşlı qız öldürülübmüş, şübhəli saxlanıldı -

Bakıda 4 yaşlı qızı öldürüb 10 metr dərinliyində quyuya atan şəxs saxlanılıb.

Baş Prokurorluqdan bildirilib ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Zərərçəkmişin qonşusu 1990-cı il təvəllüdlü Mehman Mansurov şübəhli şəxs qismində saxlanılıb. İstintaq davam etdirilir.

Xatırladaq ki, Bakıda 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin itkin düşməsi barədə polisə məlumat daxil olub. Aparılan axtarışlar nəticəsində azyaşlının meyiti quyudan tapılıb.

aia.az
Geri dön