Ana Sayfa > Karusel / Şou-biznes > Fatma Girik öldürülüb?

Fatma Girik öldürülüb?


1-02-2022, 09:51. Yazar: sevinc1
Fatma Girik öldürülüb?

Bir neçə gün əvvəl vəfat edən "Yeşilcam" ulduzu Fatma Girikin ölümü ilə bağlı yeni məlumat yayılıb.

aia.az axşam.az-a istinadən xəbər verir ki, mərhumun qardaşı Günay Girik aktrisanın müalicə olunduğu xəstəxanadan şikayətçi olub.

Günay Girik bacısının cinayət qurbanı olduğunu iddia edib:

"Bacım ölümcül xəstə deyildi. Koronavirusa xəstəxanada yoluxub. Hər zaman olduğu kimi müayinəyə getmişdi. Göz görə-görə cinayətdir. Bu hadisənin haradan qaynaqlandığını tapdım. Şübhələndiyim üçün işin üzərinə düşdüm".

Qeyd edək ki, 5 gün xəstəxanada müalicə olunan Fatma Girikin döş qəfəsi infeksiyasına yoluxduğu və onun həyatını xilas etmək mümkün olmadığı bildirilmişdi.

aia.az
Geri dön