Ana Sayfa > Ölkə > Bakıda gəlini və qayınanasını avtomobil vurub
Bakıda gəlini və qayınanasını avtomobil vurub1-02-2022, 09:24. Yazar: sevinc1 |
![]() Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər ağır xəsarət alıb. aia.az APA-ya istinadən xəbər verir ki, qəza Sabunçu qəsəbəsində baş verib. 1961-ci il təvəllüdlü Abdullayeva Tahirə İbrahim qızı və onun gəlini 1989-cu il təvəllüdlü Abdullayeva Şəfa Canəli qızı marketdən çıxaraq yolun əks istiqamətinə keçərkən onları minik avtomobili vurub. Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralıların vəziyyəti orta ağırdır. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır. aia.az Geri dön |