Ana Sayfa > Karusel / Siyasət > Zakir Həsənov Türkiyəyə səfər edəcək
Zakir Həsənov Türkiyəyə səfər edəcək31-01-2022, 17:27. Yazar: sevinc1 |
![]() Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də Türkiyəyə işguzar səfərə yola düşəcək. Müdafiə Nazirliyindən aia.az-a verilən məlumata görə, səfər çərçivəsində Türkiyə Milli Müdafiə naziri ilə görüşdə regional təhlükəsizlik, iki qardaş ölkənin orduları arasında qarşılıqlı əlaqənin inkişafı, eləcə də hərbi-texniki, hərbi təhsil, hərbi tibb səhələri üzrə əməkdaşlıq və maraq doğuran digər məsələr müzakirə ediləcək. Səfər fevralın 2-dək davam edəcək. aia.az Geri dön |