Ana Sayfa > Gündəm > Bakıda Silahlı Qüvvələrin orkestrinin nümunəvi çıxışı

Bakıda Silahlı Qüvvələrin orkestrinin nümunəvi çıxışı


9-05-2016, 18:00. Yazar: admin
Bakıda Silahlı Qüvvələrin orkestrinin nümunəvi çıxışı






Bu gün Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışları təşkil olunub.

Aia-in məlumatına görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və Böyük Vətən müharibəsində Qələbənin 71 illiyi münasibəti ilə mayın 9-da saat 17:00-dan Bakı şəhərinin müxtəlif yerlərində Silahlı Qüvvələrin orkestrlərinin çıxışları təşkil olunub.

Aia-in məlumatına görə, paytaxt sakinləri və qonaqların marağına səbəb olan orkestrlərin çıxışları saat 19:00-dək davam edəcək.

Orkestrlər müəyyən edilmiş 6 nöqtədə çıxış edirlər:

- Dənizkənarı Milli Park;
- Azadlıq meydanı ilə üzbəüz fəvvarələrin qarşısı;
- Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev adına park;
- Zərifə Əliyeva adına park;
- Zabitlər parkı;
- Fəvvarələr meydanı
Eyni zamanda bütün qarnizonlar və iri şəhərlərdə də hərbi orkestrlərin nümunəvi çıxışları planlaşdırılır.


aia.az
Geri dön