Ana Sayfa > Şou-biznes > Bormutski Rusiyada məşhurlaşan azərbaycanlı aparıcı ilə duet oxudu -
Bormutski Rusiyada məşhurlaşan azərbaycanlı aparıcı ilə duet oxudu -31-01-2022, 12:35. Yazar: sevinc1 |
Müğənni Samir Bormutski yeni mahnısını dinləyicilərin ixtiyarına verib. aia.az xəbər verir ki, "Kainat" adlanan mahnı ifaçının rəsmi "Youtube" kanalında yerləşdirilib. Bormutski bu dəfə də duetlə gündəmə gəlib. Onun duet ortağı "Russia24" kanalının azərbaycanlı aparıcısı Leyla Alnazarova olub. Mahnının sözləri Samirin özünə, aranjimanı isə Ramin Vəlibəyova məxsusdur. Mahnı üçün animasiya janrında kover hazırlanıb ki, onun müəllifi Tekindir. Uzun müddət İngiltərədə yaşayan Bormutski bildirib ki, qarşıda bir çox maraqlı layihələri var: "Yaya doğru bir mahnı təqdim edəcəm. Hit olacağına inanıram". Qeyd edək ki, Bormutski bundan əvvəl müğənni Ceyhun Əliyevlə "Nə qədər ağlayım" duetini səsləndirmişdi. aia.az Geri dön |