Ana Sayfa > İqtisadiyyat > Manatın məzənnəsi dəyişəcək? - Baş bankir danışır

Manatın məzənnəsi dəyişəcək? - Baş bankir danışır


9-05-2016, 17:40. Yazar: admin
Manatın məzənnəsi dəyişəcək? - Baş bankir danışır





Manat ilin sonuna qədər sabit məzənnədə olacaq.

aia.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib. E.Rüstəmov bildirib: "Son vaxtlar milli valyutanın məzənnəsində sabitlik hiss olunur".


Hansı banklarda valyuta almaq daha sərfəlidir?
Onun sözlərinə görə, məzənnə bazarın tələbatına müvafiq müəyyən olunur: "Manat üzən məzənnə fonunda sabitləşməyə çalışır. Manatla bağlı proqnozlara gəlincə, bu, həm daxili, həm də xarici amillər, neftin qiymətləri ilə bağlıdır. Bugünkü vəziyyət onu deməyə əsas verir ki, ilin sonuna qədər manatın məzənnəsində ciddi dəyişiklik gözlənilmir. İqtisadi vəziyyət də bunu deməyə əsas verir. Manatın məzənnəsi neft qiymətləri ilə deyil, Azərbaycan Dövlət Neft Fondunun gəlirləri ilə bağlıdır".

O bildirib ki, ilin əvvəlindən indiyə kimi AMB-nin valyuta ehtiyatları artaraq 4,2 milyard dollara yaxın məbləğə çatıb.
Geri dön