Ana Sayfa > Təhsil > Növbəti tədris ili başlanandək yeni nümunəvi qaydaların təqdimatı olacaq

Növbəti tədris ili başlanandək yeni nümunəvi qaydaların təqdimatı olacaq


28-01-2022, 16:35. Yazar: sevinc1
Növbəti tədris ili başlanandək yeni nümunəvi qaydaların təqdimatı olacaq

Məktəbdə sağlam və təhlükəsiz öyrənmə mühitinin təşkil edilməsi və ümumiyyətlə, bu mühitin yaxşılaşdırılması istiqamətində intensiv işlər 2021-ci ilin yayından etibarən başlayıb.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sekorunun müdiri Cəsarət Valehov bildirib.

O qeyd edib ki, sağlam şagird-müəllim, şagird-məktəb, şagird-şagird, valideyn-müəllim, valideyn-məktəb münasibətlərini tənzimləyən hüquqi normativ sənədlərin və nümunəvi qaydaların yenidən işlənilməsi, təkmilləşdirilməsi prosesinə start verilib. Növbəti tədris ili başlanandək yeni nümunəvi qaydaların təqdimatı olacaq.

aia.az
Geri dön