Ana Sayfa > Təhsil > "Məktəb direktorunun səs yazısı ilə bağlı fakt araşdırılmağa başlanılıb" - Baş Prokurorluq

"Məktəb direktorunun səs yazısı ilə bağlı fakt araşdırılmağa başlanılıb" - Baş Prokurorluq


28-01-2022, 14:34. Yazar: admen
"Məktəb direktorunun səs yazısı ilə bağlı fakt araşdırılmağa başlanılıb" - Baş Prokurorluq

Ağstafa rayonunun Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı fakt rayon prokurorluğunda araşdırılmağa başlanılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

“Qeyd edilən faktla bağlı hazırda araşdırma aparılır”, - qurumun Mətbuat Xidmətindən bildirilib.

Xatırladaq ki, sosial şəbəkələrdə M.Məmmədovanın səs yazısı yayılıb. O, rəhbərlik etdiyi təhsil müəssisəsində işləyən müəllimdən əlavə dərs saatları müqabilində pul istəyir. Müəllim isə imkanının olmadığını söyləyir.

AİA.Az
Geri dön