Ana Sayfa > İqtisadiyyat > Azərbaycan Türkiyəyə təbii qazın ixracını yaranmış tələbata uyğun artıracaq

Azərbaycan Türkiyəyə təbii qazın ixracını yaranmış tələbata uyğun artıracaq


26-01-2022, 17:56. Yazar: sevinc1
Azərbaycan Türkiyəyə təbii qazın ixracını yaranmış tələbata uyğun artıracaq

Son günlərdə İrandan Türkiyəyə qazın idxalı ilə bağlı texniki problemlərin yaşanması fonunda Türkiyə tərəfi müvəqqəti çatışmazlığı aradan qaldırmaq üçün Azərbaycan Qaz Təchizatı Şirkətinə (AGSC) əlavə qaz həcmlərinin idxalı ilə bağlı müraciət etmişdir. Şahdəniz konsorsiumunu təmsil edən AGSC şirkəti qardaş Türkiyənin sorğusuna artıq cavab verib və, mövcud imkanları səfərbər edərək, Azərbaycandan Türkiyə Cümhuriyyətinə təbii qazın ixracını yaranmış tələbata uyğun artıracaq.

Bunu Trend-ə SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Tədbirlərin Təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

"Hesab edirəm ki, bu addım Azərbaycan ilə Türkiyə arasında mövcud olan qarşılıqlı dostluq və qardaşlıq münasibətlərinin inkişafına daha bir mühüm töhfə olacaqdır", - o qeyd edib.

aia.az
Geri dön