Ana Sayfa > İdman > Tottidən tarixi rekord

Tottidən tarixi rekord


8-05-2016, 22:52. Yazar: admin
Tottidən tarixi rekord





İtaliya A seriyasının "Kyevo"ya qarşı bugünkü matçı (3:0) Françesko Tottinin "Roma"nın heyətində çempionatda 600-cü matçı olub.

39 yaşlı futbolçu 59-cu dəqiqədə M.Salahın əvəzinə meydana daxil olmaqla bu göstəriciyə çatıb.

Qeyd edək ki, İtaliya futbolu tarixində cəmi 3 futbolçuya 600 oyun keçirmək nəsib olub. Tottiyə qədər A seriyasında Xavyer Zanetti "İnter"də 615 və Paolo Maldini isə "Milan"da 647 oyunda meydana çıxıb.

Növbəti mövsümdə isə "Yuventus"un qapıçısı Canluici Buffon da 600 oyun keçirə bilər. Bügünə qədər Buffon A seriyasında 589 matçda iştirak edib.

aia.az
Geri dön