Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Yoluxmaların sayının artması "Omikron"la bağlıdır
Yoluxmaların sayının artması "Omikron"la bağlıdır26-01-2022, 15:28. Yazar: sevinc1 |
“Yoluxmaların sayının artması Omicron ştamı ilə bağlıdır”. aia.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O bildirib ki, bu ştamın yoluxduruculuğunun daha çox, inkubasion müddətinin az olması ona gətirir ki, yaxın təmasda olanların əksəriyyəti xəstəliyə yoluxur: “İndi ailədə yoluxma olanda ailə üzvlərinin 90 faizi koronavirusa yoluxur. Xəstəlik yüngül keçdiyinə görə xəstəxanalara yatışların sayı eyni qalıb. Ambulator həlqədə xəstələrin sayı çoxalıb. Xəstəlik yüngül keçsə də, bu, səhiyyə yükünün müəyyən qədər artması deməkdir”. aia.az Geri dön |