Ana Sayfa > Ölkə > Sumqayıtın bir hissəsinə içməli su məhdudiyyətlə veriləcək
Sumqayıtın bir hissəsinə içməli su məhdudiyyətlə veriləcək25-01-2022, 17:54. Yazar: sevinc1 |
![]() Sumqayıt şəhərinin bir hissəsini içməli su ilə təmin edən 450 mm diametrli magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 26 yanvar 2022-ci il tarixində gün ərzində Sumqayıt şəhərinin bəzi ərazilərinə (1-ci, 2-ci, 4-cü, 5-ci, 6-cı, 10-cu, 11-ci, 12-ci, 13-cü və 17-ci mikrorayonlar, 34-cü, 45-ci və 47-ci məhəllələr, Corat qəsəbəsinin bir hissəsi, Yaşıldərə yaşayış massivi) içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə aia.az-a “Azərsu” ASC-dən məlumat verilib. Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir. aia.az Geri dön |