Ana Sayfa > Qərbi Azərbaycan > Azərbaycanda 2468 nəfər COVID-19-a yoluxub, 13 nəfər vəfat edib
Azərbaycanda 2468 nəfər COVID-19-a yoluxub, 13 nəfər vəfat edib25-01-2022, 17:43. Yazar: sevinc1 |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 468 yeni yoluxma faktı qeydə alınıb, 5 197 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 636 956 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 617 791 nəfər müalicə olunaraq sağalıb, 8 632 nəfər vəfat edib. 10 533 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 525, bu günə qədər isə ümumilikdə 6 081 949 test aparılıb. aia.az Geri dön |