Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Bu il Azərbaycana 80 min doza "Sputnik V" vaksini gətiriləcək

Bu il Azərbaycana 80 min doza "Sputnik V" vaksini gətiriləcək


25-01-2022, 16:08. Yazar: sevinc1
Bu il Azərbaycana 80 min doza "Sputnik V" vaksini gətiriləcək

2022-ci ildə isə təsdiq olunmuş müqaviləyə əsasən Azərbaycana 3 milyon 280 min doza vaksinlərin gətirilməsi nəzərdə tutulub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, gətirilməsi nəzərdə tutlan vaksinin 3 milyon 200 min dozasını CoronaVac, 80 min dozasını isə Sputnik V vaksini təşkil edir.

Xatırladaq ki, hazırda Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyada “Coronavac”, “Sputnik V” və “Pfizer” vaksinlərindən istifadə olunur.

aia.az
Geri dön