Ana Sayfa > Media > Terrorçuluqda təqsirləndirilən ermənilərin məhkəmə istintaqı başa çatdı
Terrorçuluqda təqsirləndirilən ermənilərin məhkəmə istintaqı başa çatdı24-01-2022, 16:16. Yazar: sevinc1 |
Sabunçu rayon Məhkəməsinin inzibati binasında terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşı - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin məhkəməsi davam edib. aia.az-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi keçirilib. Sənədlərdə qeyd edilib ki, bu iş üzrə təqsirləndirilən şəxslərlə birlikdə tutulan digər 4 nəfər ötən il Ağdam rayonunda olan minaların xəritələrinin Ermənsitan tərəfindən nverilməsi müqabilində qarşı tərəfə təhvil verilib. Həmçinin, sənədlərdə qeyd edilib ki, İşxan Sarqsyanın telefonuna baxış zamanı 2019-cu il çəkilmiş faylda Azərbaycanın Tovuz rayonunun Ağbulaq kəndinin koordinantları müəyyən edilib. Həmin kənddən 40 km aralıda Əyyublu kəndinin ərazisindən Bakı-Tbilisi Ceyhan Neft Kəmərinin stansiyası mövcuddur. İşxan Sarqsyanın telefonuna keçirilən baxış zamanı 2021-ci ilin may ayının 27-də Kəlbəcər rayonun Yuxarı Ayrım kəndinin mina düzəlmədən qabaq görüntüləri aşkar edilib. Məhkəmə istintaqı başa çatdırılıb. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib. Məhkəmə prosesi fevralın 28-nə təyin edilib. aia.az Geri dön |