Ana Sayfa > Seçki 2024 > Bakı metrosunda iki qadının telefonunu oğurlayan şəxs

Bakı metrosunda iki qadının telefonunu oğurlayan şəxs


24-01-2022, 11:44. Yazar: sevinc1
Bakı metrosunda iki qadının telefonunu oğurlayan şəxs

Yanvarın 22-də saat 18 radələrində metronun “Sahil” stansiyasında qatarda bir qadının mobil telefonu oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, telefonu soyğunçuluq yolu ilə alan şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Həmidov olması, bir gün əvvəl metronun “Koroğlu” stansiyasında qatarda başqa bir qadının mobil telefonunu soyğunçuluq yolu ilə alması da müəyyən edilib.

Faktla bağlı Metropolitenin Polis Şöbəsində araşdırma aparılır.

aia.az
Geri dön