Ana Sayfa > Karusel / Gündəm > Bakı-Şuşa ilk sərnişin avtobusu yola düşdü

Bakı-Şuşa ilk sərnişin avtobusu yola düşdü


24-01-2022, 09:09. Yazar: sevinc1
Bakı-Şuşa ilk sərnişin avtobusu yola düşdü

Bakıdan Şuşa şəhərinə Bakı-Şuşa- Bakı sərnişin avtobusu yola düşüb.

aia.az xəbər verir ki, ilk sərnişin marşrutu Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən 06:30-da Şuşa istiqamətinə hərəkətə başlayıb.

İlk olaraq Şuşaya 2 marşrut avtobusu xəttə buraxılıb.

Şuşa ilə yanaşı Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən Bakı-Ağdam -Bakı marşrutları da start götürüb.

Xatırladaq ki, Bakıdan azad olunan ərazilərə avtobus reysləri həftə ərzində cədvəl üzrə hərəkət edəcək.

aia.az
Geri dön