Ana Sayfa > Gündəm > AHİK-in rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib
AHİK-in rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib20-01-2022, 17:16. Yazar: admen |
Sovet imperiyasının Bakıda törətdiyi qanlı 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və AHİK-in digər rəhbər şəxsləri yanvarın 20-də - Ümumxalq Hüzn Günü Şəhidlər xiyabanını ziyarət ediblər. Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb. AİA.Az Geri dön |