Ana Sayfa > Karusel / Siyasət > Ermənistanla etimadın yaradılması addımları müzakirə olunacaq - Çavuşoğlu

Ermənistanla etimadın yaradılması addımları müzakirə olunacaq - Çavuşoğlu


20-01-2022, 14:28. Yazar: admen
Ermənistanla etimadın yaradılması addımları müzakirə olunacaq - Çavuşoğlu

Ermənistanla ikinci görüşdə etimadın yaradılması addımları müzakirə olunacaq.

AİA.Az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin iclasından sonra Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, ilk görüşdə prosesin başlaması ilə bağlı məqsədlər və gözləntilər müzakirə olunub.

"Məqsəd tam normallaşmadır. Ermənilər də bundan çox razıdırlar. Amma tam normallaşmaya aparan prosesdə xüsusi nümayəndələrin təyinatından başqa hansı addımlar atıla bilər? Xüsusi nümayəndələr bunun üzərində işləyəcək və növbəti iclasda etimadın yaradılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq”,- deyə nazir bildirib.
Geri dön