Ana Sayfa > Karusel / Media > Gədəbəy rayonunda “20 Yanvar” şəhidlərinin xatirəsi anıldı

Gədəbəy rayonunda “20 Yanvar” şəhidlərinin xatirəsi anıldı


20-01-2022, 13:49. Yazar: admen
Gədəbəy rayonunda “20 Yanvar” şəhidlərinin xatirəsi anıldı

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Gədəbəy rayon İcra Hakimiyyəti , YAP Gədəbəy rayon təşkilatının əməkdaşları,hüquq-mühafizə orqanlarının və rayon ictimaiyyəti “Şəhidlər xiyabanı”na gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etmiş, onların üzərinə tər qərənfillər düzmüş, şəhidlərimizin unudulmaz və müqəddəs xatirəsini dərin hüznlə yad etmiş,ruhlarına dualar oxunmuşdur.

Respublikanın hər yerində olduğu kimi 12:00-da Gədəbəy rayonunda da Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqalıq sükutla yad edilmişdir. Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

Gədəbəy rayonunda “20 Yanvar” şəhidlərinin xatirəsi anıldı

AİA.Az
Geri dön