Ana Sayfa > Ölkə > YAP Göygöl rayon təşkilatı 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirib

YAP Göygöl rayon təşkilatı 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirib


20-01-2022, 11:08. Yazar: admen
YAP Göygöl rayon təşkilatı 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu ərazi partiya təşkilatının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbir 20 Yanvar hadisələrində həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
YAP Göygöl rayon təşkilatının sədr müavini səlahiyyətlərini icra edən Zəhra Zeynalova, rayon təşkilatının Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu ərazi partiya təşkilatının sədri Mahir Hacıyev, təşkilatın nümayəndələri Aygün Həsənova və Cavid Əsgərzadə çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisədən, xalqın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıblar.

Qeyd ediblər ki, 20 Yanvar faciəsi müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirib. Həmçinin, ulu öndər Heydər Əliyevin 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına baxmayaraq, həyatını təhlükə qarşısında qoymaqla, öz ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdiyi diqqətə çatdırılıb. Ölkəmizin müstəqilliyi uğrunda canını qurban verən 20 Yanvar şəhidlərinin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğu bildirilib.

AİA.Az
Geri dön