Ana Sayfa > Təhsil > Kollecdə 20 Yanvar faciəsinin otuz ikinci ildönümü qeyd edildi
Kollecdə 20 Yanvar faciəsinin otuz ikinci ildönümü qeyd edildi19-01-2022, 17:16. Yazar: sevinc1 |
“20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə tədbir keçirilib. Şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sukutla yad edən tədbir iştirakcılarına direktorun sosial və humanitar məsələlər üzrə müavini Zaur Vəliyev məlumat verdi ki, Təhsil Nazirliyinin Tədbirlər Planına əsasən nəzərdə tutulan bütün işlər həyata keçirilir. Kollecin tarix müəllimi, 20 Yanvar faciəsinin canlı şahidi olan Qələndər Muxtarlı həmin gecə yaşananlar haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi: “1990-cı ilin 20 yanvar hadisəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. 20 Yanvarda ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş texnikasının yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin gecə Sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirdi. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi”. Tədbirdə Kollecin “Bank işi”ixtisası üzrə 454 saylı qrup tələbəsi Mehdi Qurbanov və “Kargüzarlıq”ixtisası üzrə 322 qrup tələbəsi Aysu Həsənli çıxış etdi. Yeni Azərbaycan Partiyasının kollec üzrə ilk ərazi təşkilatının sədri Natiq Musayev çıxışında Heydər Əliyevin 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxışını xatırladaraq bildirdi ki, məhz o dövrdə Ulu Öndər hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid etmişdir. Tədbir kollecin dəhlizində tələbələrin iştirakı ilə hazırlanan əl işlərinin nümayişi ilə sona çatdı. AİA.Az Geri dön |