Ana Sayfa > Təhsil > 205 saylı məktəbdə 20 Yanvar faciəsinin anım tədbiri keçirilib

205 saylı məktəbdə 20 Yanvar faciəsinin anım tədbiri keçirilib


19-01-2022, 16:49. Yazar: sevinc1
205 saylı məktəbdə 20 Yanvar faciəsinin anım tədbiri keçirilib

Bu gün Bakının Binəqədi qəsəbəsində yerləşən 205 saylı tam orta məktəbin 2b sinfində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. Sinif rəhbəri Səlbi Rzayeva Qanlı Yanvar hadisələri ilə bağlı şagirdlərə ətraflı məlumat verərək bildirib ki, 1990-cı ildə baş vermiş bu hadisə Azərbaycan xalqı üçün böyük faciə olmaqla yanaşı, eyni zamanda da ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqımızın tarixinə şərəfli bir səhifə kimi yazılıb. 20 Yanvar hadisəsi eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Həmçinin Səlbi Rzayeva qeyd edib ki, 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edib. Ümummilli Liderimiz cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa edib.

Daha sonra sinifdə 20 Yanvar faciəsindən bəhs edən videofilm nümayiş etdirilib, şagirdlər 20 Yanvar Şəhidlərinin qəhrəmanlığından bəhs edən şeirlər söyləyiblər.

AİA.Az

Geri dön