Ana Sayfa > Seçki 2024 > YAP Gədəbəy rayon təşkilatının yaradılmasının 29-cu ildönümü münasibətilə Gədəbəy Aşıq Məktəbində tədbir keçirilib.

YAP Gədəbəy rayon təşkilatının yaradılmasının 29-cu ildönümü münasibətilə Gədəbəy Aşıq Məktəbində tədbir keçirilib.


19-01-2022, 16:00. Yazar: sevinc1
YAP Gədəbəy rayon təşkilatının yaradılmasının 29-cu ildönümü münasibətilə Gədəbəy Aşıq Məktəbində tədbir  keçirilib.

18.01.2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının yaradılmasının 29-cu ildönümü münasibətilə Gədəbəy Aşıq Məktəbində tədbir keçirildi.

İlk öncə YAP Gədəbəy rayon təşkilatının İdarə heyətinin üzvlərinin və partiya fəallarının iştirakı ilə ulu öndərin rayonun mərkəzində ucaldılmış abidəsinin önünə tər gül dəstələri düzüldü.

Tədbir rayonun Aşıqlar evində davam etdirildi. Tədbiri giriş sözü ilə açan YAP Gədəbəy rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Rüstəm Nağıyev ilk öncə ulu öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsini bir dəqiqlik sükütlə yad etdi.

Sonra Rüstəm Nağıyev YAP Gədəbəy rayon təşkilatının 29 illik fəaliyyəti haqqında geniş məruzə ilə çıxış etdi. Tədbirdə iştirak edən natiqlər - Gədəbəy rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, İdarə Heyətinin üzvləri Məlahət Əliyeva, Baxış Nağıyev, Namiq Rüstəmov və Mirbəşir Manafov məruzə ətrafında fikir mübadiləsi apardılar. Sonda Gədəbəy rayon İcra Hakimiyyətinin vəzifəsini icra edən Natiq Nağıyev partiya üzvlərini təbrik etdi, siyasi fəaliyyətlərində uğurlar arzuladı.

AİA.Az
Geri dön