Ana Sayfa > Cəmiyyət > Sonuncu Amnistiya aktı ilə azadlığa buraxılanların sayı açıqlandı -

Sonuncu Amnistiya aktı ilə azadlığa buraxılanların sayı açıqlandı -


18-01-2022, 16:44. Yazar: sevinc1
Sonuncu Amnistiya aktı ilə azadlığa buraxılanların sayı açıqlandı -

Bu günə qədər Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri tərəfindən "8 Noyabr - Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında" Milli Məclisin 05.11.2021-ci il tarixli Qərarı 9 263 nəfərə tətbiq edilib.

Bu barədə aia.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, onlardan 4 022-si Penitensiar, 5235-i Probasiya xidmətləri tərəfindən tətbiq edilib.

Amnistiyanın tətbiqi nəticəsində 7 529 nəfər ayrı-ayrı cəzalardan azad edilib, 1 728 nəfərin isə cəzası azaldılıb.

aia.az
Geri dön