Ana Sayfa > Manşet / Siyasət / Seçilənlər-1 > Səttar Möhbalıyev: "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının ölkəmiz üçün faydaları böyük olacaq”

Səttar Möhbalıyev: "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının ölkəmiz üçün faydaları böyük olacaq”


18-01-2022, 10:50. Yazar: admen
Səttar Möhbalıyev: "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının ölkəmiz üçün faydaları böyük olacaq”

“Bu gün ölkəmizdə “Yaşıl enerji” strategiyasına keçid prosesi uğurla icra edilir və genişmiqyaslı xarakter daşıyır. Bu istiqamətdə artıq bir sıra iri layihələr yekunlaşdırılıb və ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasında alternativ enerji əhəmiyyətli rol oynamaqdadır”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərimizdə də bu istiqamətdə xeyli iş görülməkdədir: “Burada günəş və külək enerjisindən geniş istifadə olunması nəzərdə tutulub. Bu layihələr Şərqi Zəngəzurun və Qarabağın enerji təchizatında kifayət qədər əhəmiyyətli rol oynacaq və bölgənin ekoloji sağlamlığına təkan verəcək. Yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən 240 meqavat gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməli qoyuldu. Bu, ölkəmizdə ən böyük bərpaolunan elektrik stansiyası olaraq Azərbaycanın enerji təhlükəsizliyində mühüm layihədir. Layihə eyni zamanda məşğulluğun artmasında, sahə üzrə ixtisaslı kadrların yetişməsində, təbii qaza qənaət olunmasında böyük əhəmiyyət daşıyacaq. Həmçinin dünyanın tanınmış şirkətlərinin Azərbaycanda böyük məbləğ tələb edən iri layihələr icra etməsi ölkəmizdə bərqərar olan iqtisadi sabitliyi, əlverişli investisiya mühitini göstərir”.

“Təməlqoyma mərasimində çıxışı zamanı dövlətimizin başçısı cənab İlham Əliyev Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında olan əməkdaşlıqdan bəhs etdi. Həqiqətən də, iki ölkə arasında olan münasibətlər çox yüksək səviyyədədir. Səudiyyə Ərəbistanı hər zaman bütün müstəvilərdə ölkəmizin haqq işini müdafiə edib, hətta işğal siyasətinə görə Ermənistanla diplomatik münasibətlər qurmayıb. Həm işğal dövründə, həm də müharibə gedən vaxt biz bu mənəvi dəstəyi görmüşük. Bu ölkədən olan turistlərin də ölkəmizə marağı durmadan artmaqdadır. Pandemiyaya qədər hər il minlərlə turist ölkəmizə səyahət edib gəzməli-görməli yerləri ziyarət edirdilər. Pandemiya səbəbindən bəzi məhdudiyyətlərə baxmayaraq, ərəb turistlər yenə də ölkəmizə gəlməkdədir. Bütün bunlar ölkələrimiz arasında olan münasibətlərin daha da möhkəmlənməsində əhəmiyyətli rola malikdir”, - Milli Məclisin deputatı qeyd edib.

AİA.Az
Geri dön