Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Müdafiə naziri jurnalistləri təbrik etdi
Müdafiə naziri jurnalistləri təbrik etdi22-07-2015, 10:55. Yazar: admin |
Zakir Həsənov: "Silahlı Qüvvələrimizin də şəxsi heyətinin böyük sevincinə səbəb olub". Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Milli Mətbuatın 140 ilik münasibətilə media işçilərini təbrik edib. ANS PRESS nazir jurnalistlərə daha böyük yaradıcılıq uğurları arzulayıb. "Sizi Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir və fəaliyyətinizdə daha böyük yaradıcılıq uğurları arzulayıram. Xalqımızın görkəmli ziyalısı və vətənpərvər oğlu Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunan “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız 140 illik tarixi ərzində çətin və şərəfli yol keçib, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub, dünyanın informasiya şəbəkəsindəki yeri artıb, rəqabət fəaliyyəti xeyli yüksəlib. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin Sərəncamına əsasən respublikamızda kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə bir qrup şəxsin orden və medallarla təltif edilməsi, fəxri adlara layiq görülməsi Silahlı Qüvvələrimizin də şəxsi heyətinin böyük sevincinə səbəb olub. Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası prezidentinin sərəncamında da qeyd edildiyi kimi, kütləvi informasiya vasitələri bundan sonra da daha peşəkar, obyektiv və prinsipial olacaq, yüksək milli şüur və vətənpərvərlik nümayiş etdirərək Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tutacaq və mətbuatımız müasir cəmiyyət quruculuğunda, milli-mənəvi dəyərlərin təbliği, gənc nəslin vətənpərvərlik tərbiyəsi, eləcə də Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsinə layiqli töhfələrini verəcəklər. Sizi bir daha milli mətbuatımızın yaranmasının 140 illik yubileyi münasibətilə təbrik edir, çətin, məsuliyyətli və şərəfli işinizdə uğurlar arzulayıram". Geri dön |