Ana Sayfa > Gündəm > Hafiz Hacıyev: “Erməni qadınlardan uşaqlarımız var“
Hafiz Hacıyev: “Erməni qadınlardan uşaqlarımız var“8-05-2016, 16:39. Yazar: admin |
Ermənistan müxalifəti növbəti dəfə hökumətə mayın 5-də keçiriləcək iclasda qondarma Dağlıq Qarabağ Respublikasının tanınmasına dair qanun layihəsinə baxmağı təklif edib Bu təşəbbüs müxalif "İrs" partiyasından olan deputat Zarui Postandjyan və eks-baş nazir, hazırda müxalif "Erməni Milli Konqres"dən seçilən deputat Hrant Baqratyan tərəfindən irəli sürülüb. Lakin sonradan parlament qondarma DQR-in tanınması xəbərini təkzib etdi. Məsələ ilə bağlı Mir.az saytı orijinal çıxışları və bəyanatları ilə yadda qalan siyasətçi, "Müasir Müsavat Partiyası"nın sədri Hafiz Hacıyevi danışdırıb. - Ermənilərin qondarma Dağlıq Qarabağ Respublikasının tanınmasını bir daha gündəmə gətirməkdə məqsədləri nə idi? - Bilirsiniz necədir, ermənilər bununla vaxt uzatmaq istəyirlər. Mən bir neçə gün öncə bunu bildirdim. Ermənilər qorxaq millətdir və sadəcə olaraq bizim humanistliyimizdən, Azərbaycanın demokratik dövlət olmasından istifadə edirlər. Onlar hər cür vasitəilə bizə təzyiq göstərmək istəyirlərki, vaxt qazana bilsinlər. Çünki onlar bizim torpaqlarımızı işğal ediblər və onlar üçün fərqi yoxdur. Ermənilər öz əsas arzularına çatıblar. Vaxt udmaq isə onlar üçün ən böyük şansdır. Mən düşünürəm ki, biz bununla kifayətlənməməliyik. Yadınıza gəlirsə, bu günlərdə ermənilərin keçmiş baş naziri bizi atom bombası ilə hədələdi. Mən isə ona cavab olaraq bildirdim ki, Ermənistanda bizim çoxlu sayda uşaqlarımız var. Bizdən olan uşaqları var onların, orada qoyub gəlmişik. O uşaqların anaları ermənidir. Biz onlara göstəriş verərik ki, Ermənistandakı Metsamor Atom Elektrik stansiyasını partlatsınlar. Oraları yerlə yeksan edək, bir dənə də olsun erməni sağ qalmasın. - "Bizim uşaqlarımız" dedikdə konkret olaraq kimləri nəzərdə tutursunuz? - Vaxtilə biz erməni qızları ilə gəzmişik, bizim onlardan da övladlarımız var. Bu gün onlar Ermənistanda yaşayırlar və istənilən anda bizim əmrlərimizə tabedirlər. Biz hələlik onları sadəcə izləyirik. Bizim onların içində yetişdirdiyimiz, belə deyək, xüsusi dəstələrimiz var. - Hazırda sizin nəzarətinizdə olan bu cür şəxslər varmı? - Əlbəttə, onlar var və hazır dayanıblar. Onları görürük də, pul da veririk. Övladlarımız deyir ki, bizim dədələrimiz sizsiniz. - Proqnozlara görə, Ermənistanın separatçı qurumu tanımasından sonra genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər. Nə düşünürsünüz? - Onları 5-6 dığa tanısa, guya, nə olacaq ki? Bu sadəcə diplomatik təzyiqin formasıdır. Ermənilər çalışır ki, beynəlxalq aləmdə çaxnaşma yaratsınlar. Əgər bu baş tutsa, deməli, Ermənistan ATƏT-in Minsk qrupuna da tüpürür, beynəlxalq təşkilatların qərarlarına da məhəl qoymur. Bizim əlimizə daha geniş imkanlar düşəcək. Dağlıq Qarabağ da bizimdir, Xankəndi də bizimdir. aia.az Geri dön |