Ana Sayfa > Karusel / Gündəm > DİN Aqil Abbasın oğlunun töhmət alması xəbərini təkzib etdi
DİN Aqil Abbasın oğlunun töhmət alması xəbərini təkzib etdi17-01-2022, 13:49. Yazar: sevinc1 |
Daxili İşlər Nazirliyi (DİN) deputat Aqil Abbasın oğlunun töhmət alması ilə bağlı yayılan məlumatı təkzib edib. Nazirliyin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasovun işində yol verdiyi nöqsanlara görə töhmət alması ilə bağlı yayılan iddialar əsassızdır: "Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun bu xüsusda hansısa əmri olmayıb. Polis əməkdaşları barəsində hər hansı məlumatı yayarkən dəqiqləşdirmə aparılmasını tövsiyə edirik", - E.Hacıyev deyib. AİA.Az Geri dön |