Ana Sayfa > Karusel / Media > "Azəriqaz"ın smart kartlarına pul yüklənməsi problemi aradan qaldırılıb -
"Azəriqaz"ın smart kartlarına pul yüklənməsi problemi aradan qaldırılıb -17-01-2022, 12:19. Yazar: sevinc1 |
Dünən Azərbaycanda aparıcı ödəmə terminallarından biri olan “E-manat”ın sistemində problem yaranıb. "Azəriqazın" smart kart tipli sayğaclarının kartına pulun yüklənməsi mümkün olmayıb. Məsələ ilə bağlı Trend-ə açıqlama “E-manat”ın marketinq üzrə mütəxəssisi Ayşə Həsənova bildirib ki, problem aradan tam qaldırılıb. O qeyd edib ki, “E-manat” terminallarında problem 16 dekabr səhər saatlarından başlayıb və dünən gecə saatlarınadək davam edib: "Dünən günün sonunda mütəxəsislərimiz terminallarda yaranan problemi aradan qaldırıblar. Bütün müştərilər “E-manat” terminallarına yaxınlaşaraq Azəriqaz ödənişini bərpa edə bilər. Qeyd edək, bu yalnız Azəriqaz, smartkart və NFC kartlarda problem olub.Bildirişli ödənişlərdə heç bir problem olmayıb", -mütəxxəsis bildirib. aia.az Geri dön |