Ana Sayfa > İdman > "Real Madrid" 12-ci dəfə İspaniya Superkubokunu qazanıb

"Real Madrid" 12-ci dəfə İspaniya Superkubokunu qazanıb


17-01-2022, 10:09. Yazar: sevinc1
"Real Madrid" 12-ci dəfə İspaniya Superkubokunu qazanıb

İspaniya Superkubokunun final oyununda "Real Madrid" klubu Bilbaonun "Atletik" komandasını 2:0 hesabı ilə məğlub edib.

aia.az-ın məlumatına görə, turnir Səudiyyə Ərəbistanında keçirilib.

Qolları Luka Modriç (38-ci dəqiqə), Karim Benzema (52-ci dəqiqə, penaltidən) vurublar.

"Real Madrid" 12-ci dəfə (1988, 1989, 1990, 1993, 1997, 2001, 2003, 2008, 2012, 2017, 2019/20, 2022) kuboku qazanıb.

aia.az
Geri dön