Ana Sayfa > Seçki 2024 > Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının nümayəndələri şəhidin məzarını ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının nümayəndələri şəhidin məzarını ziyarət ediblər


17-01-2022, 09:36. Yazar: sevinc1
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının nümayəndələri şəhidin məzarını ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının nümayəndələri Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrundakı 44 günlük Vətən müharibəsində döyüş əməliyyatları zamanı qəhrəmancasına şəhid olan Hüseynov Ələm Sərvər oğlunun məzarını ziyarət edərək, ruhuna dualar oxuyublar, məzarı önünə gül dəstələri düzüblər.

aia.az xəbər verir ki, rayonun Azadkənd kəndində keçirilən ildönümü mərasimində iştirak edərək şəhidin ailə üzvləri ilə görüşüblər. Görüşdə şəhidin Vətən müharibəsinin ilk günündən ön cəbhədə savaşdığı, döyüş meydanında böyük şücayət və cəsarət nümunələri göstərdiyi xüsusi qeyd olunub. Şəhidin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezindent cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin!

aia.az
Geri dön