Ana Sayfa > İdman > Bu il hansı federasiyalarda prezident seçkisi gözlənilir?

Bu il hansı federasiyalarda prezident seçkisi gözlənilir?


15-01-2022, 12:39. Yazar: admen
Bu il hansı federasiyalarda prezident seçkisi gözlənilir?

Olimpiya ili başa çatdığı üçün noyabr-dekabr ayları ərzində bir çox idman federasiyasında hesabat-seçki konfransları təşkil olunub. Həmin federasiyaların ötən Olimpiya dövrü üçün hesabatları dinlənilib və yeni seçkilər keçirilib.

Belə ki, artıq 14 federasiya bu cür tədbiri baş tutub. Bunlar cüdo, üzgüçülük, qılıncoynatma, şahmat, voleybol, velosiped idmanı, güləş, badminton, basketbol, atıcılıq, triatlon, avarçəkmə, stolüstü tennis və taekvondo federasiyalarıdır. Sözügedən federasiyalardan 4-ü istisna olmaqla, digərlərində – cüdo, qılıncoynatma, şahmat, velosiped idmanı, güləş, badminton, basketbol, atıcılıq, triatlon və avarçəkmə federasiyalarında rəhbər dəyişikliyi olub.

Bu il də bu ənənənin davam etdiriləcəyi istisna olunmur. Bəs bu ilin əvvəlində hansı federasiyaların hesabat-seçki konfransları gözlənilir?

Oxu.Az bu cür tədbirin ən çox gözlənildiyi 6 federasiyanın və onların hazırkı rəhbərlərinin adını təqdim edir:

Azərbaycan Ağır Atletika Federasiyası – Cahangir Əsgərov (“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti)

Azərbaycan Boks Federasiyası – Kəmaləddin Heydərov (fövqəladə hallar naziri, general-polkovnik)

Azərbaycan Həndbol Federasiyası – Saleh Məmmədov (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri)

Azərbaycan Kamandan Oxatma Federasiyası – Şahin Möhsümov (inşaat sahəsində sahibkar)

Azərbaycan Atçılıq Federasiyası – Elçin Quliyev (Dövlət Sərhəd Xidmətinin rəisi, Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki)

Azərbaycan Tennis Federasiyası – Oqtay Əsədov (Milli Məclisin sabiq sədri)

Səbuhi Musayev
Geri dön