Ana Sayfa > Ölkə > YAP Saatlı rayon təşkilatının nümayəndələri şəhid Bayramov Cəlal Yaqub oğlunun ildönümü mərasimində iştirak ediblər.

YAP Saatlı rayon təşkilatının nümayəndələri şəhid Bayramov Cəlal Yaqub oğlunun ildönümü mərasimində iştirak ediblər.


14-01-2022, 12:40. Yazar: admen
YAP Saatlı rayon təşkilatının nümayəndələri şəhid  Bayramov Cəlal Yaqub oğlunun ildönümü mərasimində iştirak ediblər.

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının nümayəndələri Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrundakı 44 günlük Vətən müharibəsində döyüş əməliyyatları zamanı qəhrəmancasına şəhid olan Bayramov Cəlal Yaqub oğlunun məzarını ziyarət edərək, ruhuna dualar oxuyublar, məzarı önünə gül dəstələri düzüblər. Rayonun Çolpı kəndində keçirilən ildönümü mərasimində iştirak edərək şəhidin ailə üzvləri ilə görüşüblər. Görüşdə şəhidin Vətən müharibəsinin ilk günündən ön cəbhədə savaşdığı, döyüş meydanında böyük şücayət və cəsarət nümunələri göstərdiyi xüsusi qeyd olunub. Şəhidin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezindent cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər, minnətdarlıqlarını ifadə ediblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

AİA.Az
Geri dön