Ana Sayfa > Ölkə > Sevda Əliyeva: “Azərbaycanda ordu quruculuğunun əsas prioritet istiqamət olaraq saxlanması ən doğru qərardır”

Sevda Əliyeva: “Azərbaycanda ordu quruculuğunun əsas prioritet istiqamət olaraq saxlanması ən doğru qərardır”


14-01-2022, 11:00. Yazar: admen
Sevda Əliyeva: “Azərbaycanda ordu quruculuğunun əsas prioritet istiqamət olaraq saxlanması ən doğru qərardır”

Sevda Əliyeva: “Azərbaycanda ordu quruculuğunun əsas prioritet istiqamət olaraq saxlanması ən doğru qərardır”

“Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibəsində toxunduğu ən vacib məqamlardan biri də Azərbaycanın dünya birliyində getdikcə möhkəmlənən mövqeyi, artan nüfuzu barədə idi. Dövlətimizin başçısı birmənalı olaraq bildirdi ki, bu gün Azərbaycan beynəlxalq aləmin məsuliyyətli üzvü kimi və Qoşulmama Hərəkatının sədri kimi, əlbəttə, bundan sonra da beynəlxalq hüququn aliliyini müdafiə edəcək. Ölkəmiz dünya təsisatlarının - BMT və İkinci Dünya müharibəsindən sonra yaradılmış digər təsisatların fəaliyyətində fəal iştirak edəcək və bu imkanlardan bu gün daha rahat istifadə edəcək. Azərbaycan artıq Qarabağ problemi kimi ağır yükü çiynindən atdı və bundan sonra yeni dünya düzənində də təşəbbüs göstərən ölkələrdən biri olacaq.” Bu sözləri saytımıza verdiyi müsahibəsində Sumqayıt şəhəri, Evdə Fərdi Təhsil Məktəbinin direktor əvəzi Sevda Əliyeva deyib.
Müsahibimiz xüsusi olaraq vurğulayıb ki, Prezident İlham Əliyevin Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə dair verdiyi açıqlamalar da ölkəmizin getdikcə artan beynəlxalq nüfuzunu nümayiş etdirən amil kimi xüsusi önəm kəsb edir: “Məlum olduğu kimi, ötən ilin iyul ayında Avropa İttifaqının Prezidenti Azərbaycana gəlmişdi. Dekabr ayında isə Azərbaycan Prezidenti cənab İlham Əiyev Brüsseldə üçtərəfli görüşdə iştirak etdi. Əlbəttə ki, bu səfərlər Bakı-Brüssel əlaqələrinin perspektivini müəyyən edə biləcək hadisələr kimi qiymətləndirilə bilər. Öz müsahibəsində bu perspektivləri müsbət qiymətləndirdiyini vurğulayan dövlətimizin başçısı hər iki səfərin önəmini qeyd etdi. Ümumiyyətlə, birmənalı olaraq vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin Avropa İttifaqı ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi istiqamətində siyasəti hər zaman realist mövqelərə istinad edib. Azərbaycana Avropa ilə daha yaxın əlaqələr, Avropaya isə onun sərhədlərində vəziyyətin sabitliyi maraqlıdır. Öz müsahibəsində Prezident İlham Əliyev bildirdi ki, Aİ prezidenti cənab Şarl Mişellə görüşlər əsnasında onlar bu gündəliyi formalaşdıra biliblər və tezliklə yeni sazişi də tamamilə razılaşdırılacaqdır. Çünki hazırda sazişin təqribən 90-92 faizi razılaşdırılıb. Diqqətəlayiq haldır ki, hazırda Azərbaycan artıq 9 Avropa ölkəsi ilə strateji tərəfdaşdır. Ölkələrimiz enerji təhlükəsizliyi baxımından fəal əməkdaşlıq edir. Xüsusilə bu gün Avropada qaz böhranının yaşandığı şəraitdə həmin ölkələrdə Azərbaycan qazına böyük ehtiyac var. İndi artıq bu, açıq mətbuata da çıxır. Azərbaycan isə etibarlı təchizatçıdır. Uzun illər ərzində neft təchizatçısı olaraq etibarlı tərəfdaş kimi rol oynayıb, o cümlədən Avropa üçün qaz təchizatçısı kimi. Həmçinin Avropa ölkələrinin Azərbaycanın nəqliyyat imkanlarına böyük marağı vardır. Azərbaycan hazlrda ən müasir nəqliyyat infrastrukturuna sahibdir. Bundan başqa, dövlət başçımızın dediyi kimi, indi Azərbaycanın Avropa tərəfdaşları ilə kosmik sahədə yeni əməkdaşlıq formatı yaradılır. Bu da çox müsbət haldır. Biz, əlbəttə ki, texnologiyaların Azərbaycana gətirilməsində maraqlıyıq. Biz bu texnologiyaları Avropadan alırıq, Avropa isə bizim enerji resurslarımızı alır. Yəni, burada qarşılıqlı maraqlar uzlaşır. Əminliklə demək olar ki, Avropa İttifaqı ilə əlaqələr bundan sonra da uğurla davam etdiriləcək. Bu, Azərbaycanın xarici siyasət konsepsiyasının tərkib hissəsidir.”
Sevda Əliyeva bunu da qeyd edib ki, bu gün Azərbaycanda ordu quruculuğunun davam etdirilməsi son dərəcə vacibdir və bu istiqamətin dövlətimiz tərəfindən əsas prioritet olaraq saxlanması ən doğru qərardır: “Məlumdur ki, bu günə qədər Prezident İlham Əliyevin göstərişi ilə dövlət büdcəsində ən böyük xərclər məhz hərbi quruculuq üçün ayrılıb. Vətən müharibəsinin nəticələri bu qərarın düzgünlüyünü bir daha isbatladı. Lakin Azərbaycan müharibədən sonra da ordu quruculuğunu davam etdirməlidir və etdirir. Bunu zəruri tələb kimi ortaya çıxaran bir çox amillər vardır. İlk növbədə əlbəttə ki, hazırda erməni cəmiyyətində müşahidə olunan güclü revanşist əhval-ruhiyyəsidir. Təəssaflər olsun ki, bu əhval-ruhiyyə təkcə emosional səviyyədə özünü büruzə vermir. Ermənistan hələ də Azərbaycanla sərhəddə ara-sıra təxribatlara yol verir. Öz növbəsində Azərbaycan bu təxribatlara layiqincə cavab verir və Ermənistanda hər kəs bilməlidir ki, heç bir Azərbaycan hərbçisinin, heç bir Azərbaycan vətəndaşının qanı yerdə qalmayacaq.
İkinci bir tərəfdən müharibə dövründə Azərbaycan çoxlu sayda döyüş sursatından istifadə edib və indi onları bərpa etmək lazımdır. Prezident İlham Əliyev də öz müsahibəsində bildirdi ki, bağlanmış yeni kontraktlar ölkəmiz üçün bunu təmin edir. Artıq silah və sursat tədarükü gedir. Daha bir məqam müxtəlif xarakterli müasir silah sistemlərinin alınması ilə bağlıdır. Hərbi texnologiyalar durmadan inkişaf edir və Azərbaycanın hər zaman ən müasir texnologiyalara sahib olması çox vacib amildir. Buna görə də ölkə rəhbərliyi bu məsələyə həmişə böyük əhəmiyyət verib.
Həmçinin ordu quruculuğunda əsas məqsədlərdən biri də Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılmasıdır. Əlbəttə ki, II Qarabağ müharibəsi əməliyyatlar aparılması sahəsində böyük təcrübə oldu. Bu, Silahlı Qüvvələrin təlim şəraitində deyil, əməli işdə yoxlanmasıdır və dövlət başçımızın dediyi kimi, bizim Silahlı Qüvvələr bu yoxlamadan şərəflə çıxdılar.”
Geri dön