Ana Sayfa > Karusel / Səhiyyə > “Omicron” ştamı əksər hallarda daha yüngül keçir -

“Omicron” ştamı əksər hallarda daha yüngül keçir -


14-01-2022, 11:50. Yazar: sevinc1
“Omicron” ştamı əksər hallarda daha yüngül keçir -

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov nazirliyin sosial şəbəkələrdəki hesablarına “omicron” ştamı ilə bağlı gələn sualları cavablandırıb.

Trend-in məlumatına görə, Təyyar Eyvazov bildirib ki, koronavirus infeksiyasının “omikron” variantı ilə yoluxma üçün inkubasiya dövrü sələfləri ilə müqayisədə nəzərəçarpacaq dərəcədə qısadır (əsasən, 1-3 gün). Həmçinin yeni ştam yüksək yoluxucudur. Belə ki, o, artıq bir sıra ölkələrdə “delta” ştamını sıxışdıraraq qısa müddət ərzində dominant ştama çevrildiyi müşahidə olunur. Sürətlə yayılan “omicron” ştamı əksər hallarda daha yüngül keçir, əvvəlki ştamlarla müqayisədə ağır pnevmoniyanın inkişafı daha az rast gəlir, proses əsasən yuxarı tənəffüs yollarında yerləşir.

aia.az
Geri dön