Ana Sayfa > Manşet / Gündəm > Qarlı hava Bakıda nəqliyyat vasitələrinin hərəkətinə necə təsir edib? -
Qarlı hava Bakıda nəqliyyat vasitələrinin hərəkətinə necə təsir edib? -14-01-2022, 10:06. Yazar: sevinc1 |
Dünən axşamdan müşahidə edilən qarlı-çovğunlu hava şəraiti paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətinə heç bir təsir etməyib. Bunu Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, Bakıda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə bağlı avtobusların intervalında gecikmələr qeydə alınmayıb: "Adi günlərdə olduğu kimi səhər pik saatlara uyğun nəqliyyat sıxlığı müşahidə olunur", - deyə M.Ağayev bildirib. Qeyd edək ki, dünən axşam saatlarından yağmağa başlayan qarın yanvarın 15-ə qədər davam edəcəyi gözlənilir. Havanın minimal temperaturunun yanvarın 14-dən 15-nə keçən gecə 0°-yə yaxın, nisbətən yüksək ərazilərdə 2°-dək şaxta olacağı, yolların buz bağlayacağı bildirilir.(trend) aia.az Geri dön |