Ana Sayfa > Ölkə > Novruz Aslanov seçiciləri qəbul edib -

Novruz Aslanov seçiciləri qəbul edib -


14-01-2022, 09:57. Yazar: sevinc1
Novruz Aslanov seçiciləri qəbul edib -

Millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna səfər edərək növbəti dəfə seçicilərinin qəbulunu keçirib.

aia.az xəbər verir ki, İsmayıllı şəhərində yerləşən ofisində pandemiya qaydalarına uyğun olaraq keçirilən qəbulda 31 nəfər iştirak edib. Seçicilərin qaldırdığı məsələlər ətrafında müzakirələr aparılıb.

Şəxsi məişət problemi ilə bağlı bir neçə məsələ yerindəcə həll olunub. Həmçinin sosial məsələlər və işlə bağlı müraciətlər də çoxluq təşkil edib. Digər məsələlərlə bağlı da müraciətlər edilib. Deputatın səlahiyyətinə aid olmayan məsələlər qeydiyyata alınıb və əlaqədar qurumlara müraciətin ediləcəyi bildirilib.

aia.az
Geri dön