Ana Sayfa > Cəmiyyət > Dəmir-beton elementlərin hesablanmasının yeni nəzəri əsasları haqqında Azərbaycan dilində ilk kitab çap edildi

Dəmir-beton elementlərin hesablanmasının yeni nəzəri əsasları haqqında Azərbaycan dilində ilk kitab çap edildi


14-01-2022, 09:56. Yazar: admen
Dəmir-beton elementlərin hesablanmasının yeni nəzəri əsasları haqqında Azərbaycan dilində ilk kitab çap edildi

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinindən AİA.Az-a bildirilib ki, komitənin tabeliyində fəaliyyət göstərən Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən “Dəmir-beton elementlərin hesablanmasının yeni nəzəri əsasları” adlı kitab nəşr edilib. Kitab Komitənin sifarişi ilə 2019-2020-ci illərdə İnstitutda beton və dəmir-beton konstruksiyaların hesablama metodikasının təkmilləşdirilməsi və layihələndirmədə tətbiqinə dair təkliflərin işlənilməsi üzrə aparılan elmi-tədqiqat işlərinin nəticələri əsasında ərsəyə gətirilib. Nəşr dəmir-beton nəzəriyyəsinin yeni əsaslarını şərh edən və dəmir-beton konstruksiyaların hesablanması metodlarının yaradılması yollarını əks etdirən Azərbaycan dilində ilk texniki ədəbiyyatdır.
Kitabın müəllifləri texnika elmləri doktoru, professor Xanlar Seyfullayev və texnika üzrə fəlsəfə doktoru Abdı Qarayev, elmi redaktoru isə texnika üzrə fəlsəfə doktoru Yamən Eminovdur. İnstitutun Elmi Şurasının qərarı ilə çap olunan kitabda beton və armaturun möhkəmliyinin və deformasiya xarakteristikalarının dəmir-beton elementlərinin həddi-hallara görə hesablamalarına daxil edilmə metodikasının, həmçinin təklif olunmuş həddi-halların formalarının yeni baxışlarla izahı verilmişdir. Eyni zamanda dəmir-beton elementlərin təklif olunan yeni hesablama metodikasının layihələndirmədə tətbiqi üçün tövsiyyələr işlənilmişdir.
Qeyd edək ki, mühəndis-konstruktorlar, layihəçilər, tələbələr və elmi işçilərin istifadəsi üçün nəzərdə tutulan kitabı əldə etmək üçün Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutuna müraciət edilə bilər. Kitabı əldə etmək üçün heç bir ödəniş tələb olunmur.
Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən aparılan tədqiqat işlərinin nəticəsi olaraq digər elmi kitabların da nəşr edilməsi planlaşdırılır.
Geri dön