Ana Sayfa > Media > Rusiya XİN-dən Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı
Rusiya XİN-dən Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı13-01-2022, 18:03. Yazar: sevinc1 |
Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın dövlət sərhədinin Kəlbəcər istiqamətindəki gərginləşmə ilə bağlı açıqlama yayıb. aia.az xəbər verir ki, bu barədə Rusiya XİN-in sözüçü Mariya Zaxarova məlumat verib. “Rusiya Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatdır və tərəfləri münaqişənin hərbi yolla həllindən çəkinməyə çağırır”, - sözçü bildirib. O, gərginlikdən qaçmağın əsas həllini sərhədin delimitasiya-demarkasiya prosesinin başlanmasında görüb. Sözçü qeyd edib ki, bu məsələdə Rusiya hərtərəfli yardım etməyə hazırdır. aia.az Geri dön |